Həbsxanadan restoranlar işlədən şəxs ittihamlara cavab verdi: “Məni qanunsuz həbs ediblər” Restoranlar isə mən həbs edilməmişdən varımdır...

"Bakupost" saytında yayımlanan “Həbsxanada oturub, Bakıda restoranlar işlədir – Saxta içki ilə iki nəfəri öldürən şəxsi kim himayə edir? – SENSASİYA” adlı yazıya qarşı tərəf cavab verib.

Füzuli Alıyev Hüseyn oğlu və Vüsal Rəhimov Arzuman oğlu tərəfindən redaksiyamıza ünvanlanan məktubda bir sıra məsələlərə izah verilir.
Əvvəla, saxta içkilər verdiyinə görə iki nəfərin ölümündə təqsirli bilinən Füzuli Alıyev həbsxanadan restoranlar işlətdiyini təsdiqləyir və bunun qanun pozuntusu olmadığını bildirir: “İki restoranımın olması da doğru məlumatdır. Buna qanunla qadağa qoyulması nəzərdə tutulub...? Rəsmi sənətlərlə kimlərə həvalə etmişəmsə həmin şəxslərdə restoranları idarə edir. Haqsız həbs yatmağım azdır, hələ restoranlarımı da kiməsə hədiyəmi etmliydim?
Azadlıqdan məhrum edilmək hələ Konstitusiyanın verdiyi hüquqlardan məhrum edilməsinə səbəb ola bilmədiyi kimi buna da məcbur edilə bilməz”.

Məktubda bildirilir ki, ona qarşı irəli sürülə ittihamların heç bir əsası yoxdur:

Qarşı tərəfin verdiyi ifadələrin isə heç bir ifadəsini təsdiq edə biləcəyi maddi sübutu olmadan şər-böhtan yaxmaqdadır. İlk öncədə qeyd edirəm ki Aqşin Fateh restoran işlətməyib o mənə məxsus restoranın səhnəsini idarə etdiyi üçün ona faiz vermişəm.

Aqşin Fateh və ya İlqar Abdullayev heç biri mənimlə bərabər vəsait xərcləyib restoran açmayıb. 2019-cu ildən Baku Music Hall Restoranı mənə məxsus olub. Və qeyd edim ki adım əvvəl Kamal olub müəyyən səbəblərə görə adımın deyişdirilməsi ilə bağlı rəsmi müraciət edərək sənədlərdə adımı dəyişdirmişəm. Bu isə qanunla qadağan edilmiş prosedur deyil. Heç bir cinayət əməlidə hesab edilmir.

Qeyd etməliyəm ki narazılıqla bağlı yazdığınız məsələlərdə tarix və hadisələrin cərəyan etməsi təhrif edilib. Belə ki, 2019-cu il tarixindən mən özümə heç bir vəsait qoymadan İlqar Abdullayevi şərik gətirmişəm restoranın içərisində 30 min manat dəyərində məhsul (içkilər) olmaqla bir il sonra restoranın təmirinə xərclədiyim 300 min manatın yarısı 150 min manatı ödəməsi şərti isə kişi sözü ilə təsdiq etmişdik. Məlum səbəblərdən dolayı yəni içki zəhərlənmə hadisəsi ilə əlaqədar mən həbs edildim. Və bütün müqavilələrin şərikim təyin etdiyim İlqar Abdullayevə həvalə etdim. O isə həbsdə olduğum vaxt ərzində restoranın qazanc vermədiyini və pandemiya dövründə ziyanla çıxdığını bildirdi. Mən isə çıxış yolunu restorana tanınmış və sevənləri çox olan müğənni gətirməsin təklif etdim. O isə mənim qərar verməyimi istədi. Buna görə də mən Aqşin (Hacıyev) Fatehin restorana dəvət edilməsini qardaşıma həvalə etdim. A.Fatehlə danışıqlar nəticəsində 33% gəlirdən pay veriləcəyinə razılıq verdim. 2021-ci il pandemiya qadağası qaldırılması və restoranların fəaliyyətinə icazə verilməsi ilə restoranda fəaliyyətə başladı. 8 ay fəaliyyət müddətində Aqşin və İlqardan gəlirlə bağlı nə vaxt xəbər alsam da, mənə bununla bağlı heç bir real söz deyilmədi. Mənim öz işçilərim vasitəsiylə son 3 ayın hesabatını nəzarətə götürdüm. Məsələdən xəbərdar olduğumu bilən şərik etdiyim İlqar 180 min mənə verəcəyi olduğu halda qaçmağa üstünlük verdi və restoranı sahibsiz qoyaraq qardaşıma xəbər göndərib ki daha mən restoranı işlətmirəm. Bu səbəbdən də mən xalam nəvəsi Vüsal Rəhimovu Bakıya dəvət edərək qurduğum biznesimə sahib çıxmasını xahiş etdim. 15.04.2022-ci tarixində isə V.Rəhimov Restoranın rəsmi icarədarı olaraq açılış etmək üçün hazırlıq gördüyü gün Aqşin Fateh (Hacıyev) axşam saatlarında başına topladığı 20 nəfər şəxslə restorana gəlmişdir. Restoranı təhvil təslim məsələsinə gəldikdə isə A.Fateh mənim restoranıma bir manat xərc qoymadığı halda hansı təhvil təslimi etmək səlahiyyəti var? Mən ona 33% səhnəni idarə etməyinə görə vermişəm. O isə mənə xəyanət edib.

15 aprel 2022-ci ildə baş vermiş hadisə xəbər portalınızda 17-ci kimi qeyd edilib. Yanlış verilən məlumatlar cəmiyyəti yanlış məlumatlandırmaqdır. Şəxsi marağı çərçivəsində deyil rəsmi qeydiyyatlarla sizə bildirirəm ki 15-i tarixində DİN-nin “102” Qaynar xəttinə zəng edərək hadisə ilə bağlı məlumat verilib. Hadisədən 4 gün sonra mənim xəbərim olub. Mənim əmlakımı həvalə etdiyim şəxsə qarşı cinayət əməli törədən Cinayət Məcəlləsinin 177, 178, 179, 180, 181 və 182-ci maddələrin əməlini törətmişlər. Bu isə Binəqədi rayon Polis İdarəsində Aqşin Fateh və digərləri ilə bağlı cinayət işinin istintaq hərəkətləri aparılmaqdadır. Bu məsələyə hüquqi qiyməti Dövlət orqanları verəcək.

Aqşinin restorana buraxılmama səbəbi isə mənim şərikim olmuş İlqar Abdullayevlə əlbir olaraq Vergidən yayınma halını yaratması, digər tərəfdən 2 milyon 100 min manat vəsaitimin mənimsənilməsinə imza atdığıdır. Bir şəxsə etibar edilərkən o etibardan su istifadə edibsə hüquqda bunun CM-nin178-ci maddəsinin əməlini özündə ehtiva edir. Bununla bağlıda şəxsən özüm həbsdə olsam da Vergilər Nazirliyinə, Baş Prokurora və Binəqədi Polis İdarəsinə rəsmi şikayət etmişəm. Həmçinin bir daha qeyd edirəm ki, Baku Musiq Hall restopranına 300 min manat vəsait yatıraraq oranı tam hazır vəziyyətdə istifadəyə vermişəm və restoranda nə İlqar Abdullayevə, nə də Aqşin Fatehə məxsus heç bir əşya olması mümkün deyil. Çünki hər nə lazım olurdusa mənə deyilirdi, mən də qardaşıma göstəriş verib həmin ehtiyacın ödənilməsin təmin edirdim. Buna səbəb isə öz restoranımdan gələn gəlirin məndən gizlədilməsi idi. Və daim datasiya ilə işlədiyin düşündüyüm restoranın bağlanmaması orda işləyən şəxslərin evlərinə çörək pulu aparması üçün mən illərdir vəsait itirməkdə idim”.

Füzuli Əliyev həbs edilməsi məsələsinə də toxunub. Bildirib ki, onun həbsi tamamilə qanunsuz olub: “Barəmdə qeyd etdiyiniz maddələrin heç biri mənim həbs edilmə səbəbim deyil. CM-nin 200.4-cü maddəsi ilə ittiham edilərək həbs edilmişəm. Hətta mənim həbs edilməyim sübut və mötəbər dəlillər olmadan həyata keçirilib. Mənim şahidlərim məhkəmələrdə dindirilməyib. Bu isə qanunun tələblərinin pozulması deməkdir. Hakimlər istintaqları qərəzli aparıblar”.

O uzun müddətdir, müalicə müəssisəsində saxlanmasının da səbəblərini açıqlayıb:
“Səhhətimlə bağlı hakimlərə və dövlət qurumlarına təqdim edilən sənətlərin daxilindən hansı səbəbdən Müalicə müəssisəsində qalmağımı araşdıra bilrsiniz. Anadan gəlmə tək böyrəyim var. Anadangəlmə ikinci qrup əliləm”.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info