Ekologiya və Təbi Sərvətlər Nazirliyinin Regional idarəsinin "səhlənkarlığı" - Vaqif Cavadov kimə nəyə arxayındır...?

Ekologiya və Təbi Sərvətlər Nazirliyinin Regional idarəsinin rəhbəri Vaqif Cavadovun səlahiyyətlərində olan ərazilərə nəzarət edə bilməməsi tərəfimizdən müəyyən edilmişdir. Buna isə maddi subutlarımızın olması açıq şəkildə Regional İdarə rəhbərinin vəzifə səlahiyyətlərini icra edə bilməməsini deməyimizə əsas verməkdədir. Vaqif Cavadovun nəzarətində olan ərazilər tamamilə baxımsız qalmışdır desək yanılmarıq. Bizim bu ifadələri işlətməyimizə həm nazirliyin mətbuat xidməti İradə İbrahimovanın həm də Vaqif Cavadovun verilən məlumata göstərdikləri münasibətdir.

Ekologiya və Təbi Sərvətlər Naziri Muxtar Babayevin mətbuatda dərc edilən yazılara baxmaması işlərin dahada cızığından çıxmasına gətirib çıxarmışdır. Muxtar Babayev Regional idarənin rəhbərin dəyişdiyi gündən Bakı və ətraf rayonları ekologiya terroruna məruz qalıb. İş adamlarının rahatlıqla at oynada biləcəyi paliqona çevrilən paytaxt Bakı viran qalmaqdadır. Hətta iş o yerə gəlib çıxıb ki, gecələr ağacların qabıqların soyulması ilə bir neçə gün sonra ekologiya əməkdaşları köçürmək adı altında ağacları yerli dibli yoxa çıxarır. Bunun əksini subut edəcək bir materyal nazirlik tərəfindən heç bir zaman mediayaya təqdim edilməmişdir. İllərlə əziyyətlə böyüdülən ağacların oksigen qaynağımız olmasını hələ Ulu Öndər Heydər Əliyevin rəhbər olduğu zaman işlətdiyi qızıl kəlamlarından idi. Hər zaman yaşılığa toxunanlara qarşı Heydər Əliyev güzəşt etməzdi. Bu isə insanlarına qarşı olan sevgisindən onların ekoloji təlabatının ödənməsinə göstərdiyi diqqət və qayğısı idi.



Bu gün İlham Əliyev və ailə üzvlərinin birgə paytax və ətraf rayonlarda özlərinin ağac əkmə aksiyaları təşkil etmələridə Ulu öndərdən qalan millət sevgisinin bariz nümunəsidir. Lakin Ölkə rəhbərinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq nazirlik əməkdaşları işlərinin məsuliyyətini dərk etməməklik nümayiş etdirir. Dəfələrlə Vaqif Cavadova mətbuat xidməti olan İradə İbrahimovaya məlumatlar versəkdə heç bir faydası olmayıb. Tikinti şirkətləri və sahibkarların naraqlarına xidmət ön plana keçən Ekologiya idarələri artıq ekoloji fəlakətin yaranmasına səbəbiyyət vermişlər. Bunu edən şəxslər deyil, bunu rəhbər oolan şəxslərin şəxsi maraqlarıdır deməyimiz mənə elə gəlir ki yanlış qarşılanmayacaq.

Bu günə qədər yeri dəyişilən ağacların harada əkilməsi ilə bağlı Ekologiya nazirliyi məlumat və əsaslı faktları media ilə paylaşıb?

Media da bu tip xəbərlərin mətni gedsədə ağac əkilmə fotosu və ya video görüntüləri yayımlanmamışdır. Əməci metro ərazisinə yaxın olan "Şərq" İnşaat MTK-nın yeni tikilinin ərazisində ki ağacları məhv etməsinə etiraz edən bir qurum tapılmır. Bununla bağlı geniş məlumatımız növbəti yazımmızda olacaq .. Bizi izləməyi unutmayın.

Ulutv.info



Çəkiliş Şərq inşaatın mələrinin maddi subutlarıdır.








Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info