Zaqatala sakininin yaşadığı evdən heroin və tiryək aşkarlanıb - FOTO/VİDEO

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan UluTv.info-ya verilən məlumata görə, keçirilən tədbir zamanı şəhər sakini, əvvəllər məhkum olunmuş Zeynal Barabaşov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilərkən 90 qrama yaxın heroin və külli miqdarda tiryək aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, Z.Barabaşovun digər hüquqazidd əməllərdə iştirakının olub-olmaması araşdırılır.


Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info