BDU-da saathesabı dərs deyən müəllimlərin pulu artırılıb - 64 nəfər isə professor vəzifəsinə təsdiqlənib

Bakı Dövlət Universitetinin (BDU) 10 fakültəsi üzrə 64 nəfər professor vəzifəsinə təsdiqlənib.

Mia.az BDU-ya istinadla bildirir ki, Elmi Şurasının növbəti iclası keçirilib. Elmi Şurada BDU üzrə boş olan professor vəzifələrinin tutulması üçün seçkilər keçirilib. Seçkinin nəticələrinə əsasən, BDU-nun 10 fakültəsi üzrə 64 nəfər professor vəzifəsinə təsdiqlənib.

Daha sonra cari məsələlərə baxılıb.

Elmi Şuranın qərarına əsasən, tədris fəaliyyətinə cəlb edilən işçilərin əməyinin saathesabı qaydada ödənilməsinin məbləği artırılıb. Bu məbləğ 1 saata görə professor və ya elmlər doktorları üçün 10 manatdan 15 manata, dosent və ya fəlsəfə doktorları üçün 7 manat 50 qəpikdən 11 manata, elmi adı və ya dərəcəsi olmayan müəllimlər üçün 5 manatdan 7 manat 50 qəpiyə qaldırılıb.

Elmi Şura həmçinin 2022-ci il üçün BDU-nun doktoranturasına qəbulun nəticələrini təsdiqləyib.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info