Şəki və Oğuzda məktəblilərlə görüşlər keçirilib

Gənclərin zərərli vərdişlərdən uzaq tutulması, onların təhsilə və idmana cəlb edilməsi, eləcə də layiqli vətəndaş kimi yetişdirilməsi məqsədilə Şəki–Oğuz rayonlarında yuxarı sinif şagirdləri ilə görüşlər keçirilib. Görüşlərdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının müəllimləri, aidiyyəti rayon polis şöbələrinin əməkdaşları, pedaqoji heyət, valideynlər və məktəblilər iştirak ediblər.

Keçirilən tədbirlərdə çıxış edən Polis Akademiyasının əməkdaşı, polis polkovniki Əziz İsaxanov iştirakçıları salamlayıb, bu istiqamətdə keçirilən görüşlərin mahiyyətini açıqlayıb. Daha sonra ali təhsil müəssisələrinə hazırlaşan, daxili işlər orqanlarında xidmət etmək həvəsində olan abituriyentlərə Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumat verib. Akademiyada savadlı kadrların yetişdirilməsi üçün yaradılan müasir şərait, zəngin kitabxanalar, xarici dil kursları, laboratoriyalar, yataqxanalar və asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlərdən danışıb.

Sonda diskussiya şəklində davam edən tədbirlərdə məktəblilərin sualları əhatəli cavablandırılıb və ali təhsil müəssisəsinin imkanlarını özündə əks etdirən vidoeçarxlar nümayiş olunub.



Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info