Müəllimlərin sertifikasiyasında müsahibə mərhələsi çox asan olacaq - ZƏRURİ TÖVSİYƏLƏR

“Sertifikasiyanın müsahibə mərhələsi test prosesindən daha asan olacaq”.


Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.


Son zamanlar sosial şəbəkələrdə sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin çətin olacağı və test imtahanından uğurla keçən müəllimlərin belə müsahibədən kəsiləcəyi ilə bağlı şaiyələr dolaşır.


Elşən Qafarov qeyd edir ki, bu kimi fikirlər yalnız şaiyədən ibarətdir:


“Sertifikasiyanın müsahibə mərhələsinin çətin olacağı ilə bağlı sosial şəbəkə və cəmiyyət arasında yayılan fikirlərin heç biri həqiqəti əks etdirmir. Uzun müddətdir ki, sosial mediadan sertifikasiya prosesi ilə bağlı yalan məlumatlar tirajlanaraq insanları və xüsusən də, təhsil camiyyəsini manipulyasiya edir. Bu kimi hallar test mərhəsi keçirilmədən öncə də qeydə alınırdı və insanlar arasında psixoloji gərginlik formalaşırdırırdı. Lakin keçirilən test imtahanı nəticəsində məlum oldu ki, iştirakçıların 95 faizi prosesdə iştirak edib. Onların böyük əksəriyyətinin nəticələrinə baxdıqda görürük ki, uğurlu olanların sayı kifayət qədərdir. Bu baxımdan da müəllimlər spikulyasiya tipli informasiyalara inanmamalıdır. Hamı bir daha şahidi oldu ki, deyilənlərlə real hadisələr arasında çox böyük fərq var. Biz artıq sertifikasiya üzrə ibtidai sinif müəllimlərindən təcrübə əldə etmişik”.


O, müəllimlərə müsahibə mərhələsindən uğurlu şəkildə keçmək üçün nə kimi addımlar atmalı olduqlarını qeyd edib:


“Nazirlər Kabinetinin 2020-ci aprel 155 nömrəli qərarına əsasən, müəllimlər 5 istiqamət üzrə müsahibə mərhələsində bilikləri yoxlanılacaq. Bunlar pedaqoji təhsilin təşkili, tədrisin həyata keçirilməsi, ünsiyyət, qiymətləndirmə və təqdimetmə kimi fəaliyyət növləridir. Burada müəllimin kommunikativ bilikləri də nəzərə alınacaq. Düşünürəm ki, müsahibə mərhələsi qaydalara uyğun şəkildə tənzimlənəcək. Müəllimlər proseslə tanışdırlar. Onların şəxsi kabinetlərinə bununla bağlı məlumatlar gələcək. Düşünürəm ki, müsahibə mərhələsi test prosesindən daha asan olacaq. Müəllimlər panikaya qapılaraq psixologiyalarını pozmamalıdırlar”.

Qeyd edək ki, müsahibə mərhələsinin nə zaman keçiriləcəyi ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info