Müğənni uşaqları yox, uşaqlar maşını "vurubmuş"...

Mayın 8-də müğənni Ziba Osmanovanın idarə etdiyi "Changan" markalı avtomobillə paytaxtın Suraxanı rayonu ərazisində vurduğu 2 azyaşlı xəstəxanaya yerləşdirilib.

Hazırda faktla bağlı rayon polis idarəsində araşdırma aparılır, müvafiq ekspertiza təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Qeyd edək ki, Ziba Osmanovanın prodüseri Fərhad İbrahimov Teleqraf.com-a açıqlamasında bir uşağın heç bir xəsarət almadığını, sadəcə qollarının sıyrıldığını, digər uşağın isə ayağının gipsdə olduğunu bildirib. Onun iddiasına görə, müğənninin maşını park vəziyyətində olarkən uşaqlar güzgüyə “toxunub” və xəsarət alıblar:

“Ziba xanımın idarə etdiyi avtomobil dayanmışdı, valideynlər isə uşaqların məktəbdən çıxmasını gözləyirdilər. Qızlar da qəfil park vəziyyətində dayanan iki avtomobilin arasından keçiblər. Onlar avtomobilin sağ tərəfində yan güzgüyə dəyib yıxılıblar. Avtomobilin qarşısına çıxması, onları kənara atması halı yaşanmayıb. Ciddi hadisə baş verməyib, kamera görüntüləri də var. Qızların valideynləri sağ olsunlar, şikayət etmədilər. Hazırda hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır”.

Göründüyü kimi, prodüsserin sözündən belə çıxır ki, uşaqları maşın vurmayıb, uşaqlar maşını vurub.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info