Son 100 ilin ən dəhşətli zəlzələ faktı

Məncə hər kəs, bütün qələm sahibləri mənlə razılaşar ki, insanları müsbətə kökləyən, pozitiv notlarda yazmaq olduğca rahat və axıcı olur. Əfsuslar olsun ki, bəzən biz daha çətin, bizə olduğca neqativ təsirləri ilə dağ çəkən olaylardan bəhs etməli oluruq. Necə ki, bu gün ürək ağrısı ilə bu yazıya başladım...

Bəşər üzündə elə dəhşətli fəlakətlər var ki, onların birbaşa insan təfəkkürünə ölümcül zərbəsi danılmazdır. Sel, daşqın, qasırğa və zəlzələlər...
Təbii fəlakətlər və onların özündən sonraya qoyduğu amansız nüanslar zaman-zaman tarixdə öz izini qoymuşdur.

Bunlardan ən dəhşətlisi zəlzələlərdir. O, zəlzələlər ki, bir göz qırpımında yaşamı ölümlə əvəzləyir, binalar yerlə yeksan olur.
Elə bir neçə gün bundan qabağ türk dünyasının üz-üzə qaldığı əsrin ən dəhşətli təbi fəlakəti kimi. Hamıya bəlli olduğu kimi 6 gün öncə
Türkiyənin Kahramanmaraşın Elbistan qəsəbəsində 7,6 bal gücündə zəlzələ baş verdi.

Fövqəladə Hallar İdarəsi (AFAD) 7,6 bal gücündə zəlzələni təsdiqlədi.

Zəlzələ yerin təxminən 7 kilometr dərinliyində baş verdi. Və bu dəhşətli olay minlərlə günahsız insanın canını aldı, minlərlə insanın ürəyinə dağ çəkdi, minlərlə insan isə yaralandı, yüzlərlə bina dağıldı, ölümcül vəziyyətin dəhşətlərini isə deməklə, yazmağa bitmir.

Türkiyədə bazar ertəsi günü baş vermiş zəlzələdən sonra ölü sayı 21 mini keçib, 80 mindən çox yaralı var.
Və ən dəhşətlisi də bu sayların hər keçən gün çoxalmasıdır.

Qardaş Türkiyənin tarixinə nəzər salsaq dəfələrlə zəlzələ dəhşəti ilə üz-üzə qalmasından xəbərdarıq. Bu neçə gündə yaşadığımız ağrı hissi ilə bir daha xatırlayaq bu olayları.

Türkiyənin yerləşdiyi coğrafiya 1500-cü illərdən bu yana müxtəlif vaxtlarda 7 və daha yuxarı bal gücündə 25 zəlzələ ilə sarsılıb.

Mütəxəssislər Türkiyə əhalisinin təxminən 60 faizi aktiv və dağıntılı zəlzələ bölgələrində məskunlaşdığını bildirib. Maqnitudası 7 və ondan yuxarı olan zəlzələlər “təhlükə” yaradır.

Bu çərçivədə, 10 sentyabr 1509-cu ildə 7,2 bal gücündə “Böyük İstanbul zəlzələsi”, 23 fevral 1653-cü ildə 7,5 bal gücündə “Şərqi İzmir zəlzələsi” , 10 iyul 1688-ci ildə İstanbulda 7 bal gücündə “İzmir zəlzələsi”, 3 aprel 1881-ci ildə 7,3 bal gücündə Saqqız adasında zəlzələ, 10 sentyabr 1894-cü ildə isə 7 bal gücündə “İstanbul zəlzələsi” olub.

1900-1939-cu illər arasında 7,3 bal gücündə “Mürefte zəlzələsi”, 7 bal gücündə “Ayvalık zəlzələsi” və 76 bal gücündə “Hakkari zəlzələsi” baş verib.
Ərzincan, Erbaa, Ladik, Gərədə, Yenicə, Fəthiyə, Abant, Manyas, Gediz, Muradiyə, İzmit, Düzce və Van zəlzələləri 1939-2018-ci illər arasında baş verib.
1939-2018-ci illər arasında isə 7-10 bal gücündə 14 güclü zəlzələ baş verib.

Və son olaraq qardaş Türkiyəmiz ilə qəlbən eyni yaşadığımız son zəlzələ olayını qeyd etmək olar.....

2023-cü il fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal gücündə baş verdi. . Daha sonra saat 13:24-də Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ, fevralın 7-də Adıyaman şəhərinin Gölbaşı rayonunda 5,3 bal gücündə daha bir zəlzələ oldu. Episentri Kahramanmaraş şəhərində yerləşən zəlzələ isə 7.4 bal gücündə olub. 10-dən çox vilayətdə dağıntılar yaradan təbii fəlakət öz qara damğasını vurdu. Dağıdıcı zəlzələdən sonra ən böyüyü 6,6 bal gücündə olmaqla ümumilikdə 42 afterşok baş verib.

Acı verən bir olay, qəlblərimizi sarsıdan bir təbii fəlakətdir. Və ürək ağrısı ilə qeyd edim ki, bu ölümcül təbiət hadisəsinin qurbanları sırasında bizim Azərbaycanlı vətəndaşlarımızda oldu.

Qan donduran bu fəlakətin acı təsirlərini biz Azərbaycan vətəndaşları Türk qardaş və bacılarımızın birgə yaşayırıq.

Necə 44 günlük Vətən savaşında bu iki qardaş ölkənin qəlbi birgə döyündü, birlik nümayişi göstərdisə elə bu neçə gün ərzində də bu birlik nümayişi dünyaya meydan oxumaqda davam edir. Biz hər zaman bir olmuşuq və bu möhkəmliyimizi əbədiyyətədək qoruyub saxlayacağıq.

Allahdan bu fəlakətin qurbanlarına qəni-qəni rəhmət diləyirəm. Başın sağ olsun Türkiyə!
Məğrurluğunu Tanrı daimi etsin!
Allah sizə güc, qüvvət, əzm, iradə bəxş etsin!

Nəhayət Şirinova.
ADPU Quba filialının əməkdaşı.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info