Azərbaycan diaspor fəalları Haaqa Ədalət Sarayının qarşısında toplaşıb

Beynəlxalq Ədalət Məhkəməsi yanvarın 31-də Azərbaycanın Ermənistana qarşı hüquqi təqib təşəbbüsləri üzrə ictimai dinləmələr keçirəcək. Dinləmələr Azərbaycan Respublikasının 3 yanvar 2023-cü ildə Ermənistana müvəqqəti tədbirlərin təyin edilməsi ilə bağlı müraciətinə həsr edilib. İrqi Ayrıseçkiliyin Bütün Formalarının Aradan Qaldırılması üzrə Beynəlxalq Konvensiya ilə bağlı (Azərbaycan Ermənistana qarşı) ictimai dinləmələr Haaqadakı Sülh Sarayında Coan Donoqyunun (Joan E. Donoghue) hakimliyi ilə baş tutacaq.

Azərbaycanın Niderland Krallığındakı fəal diaspor təşkilatlarının - Hollanda Azərbaycan Türk Kültür Dərnəyi, Benilüks Azərbaycanlıları Konqresi, Niderland – “Azərbaycan Evi” təşkilatı, Beynəlxalq Xanımlar Klubu, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının təmsilçiləri ölkəmizin haqlı mövqeyini beynəlxalq müstəvidə dəstəkləmək üçün bu gündən etibarən Haaqa Ədalət Sarayının qarşısında toplaşıblar. Diaspor fəalları əllərində erməni təcavüzünü pisləyən plakatlar tutaraq hakimlərin diqqətini çəkməyə çalışır, onları ədalətli olmağa səsləyirlər.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info