İslandiyadakı icmamız beynəlxalq birliyə müraciət edib BƏYANAT

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilmiş silahlı hücum İslandiyada yaşayan soydaşlarımızı qəzəbləndirib.

İslandiya-Azərbaycan Cəmiyyətinin yaydığı bəyanatda Səfirliyimizin təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovun qətli, iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı qətiyyətlə pislənib. İranda diplomatik nümayəndəliklərin, eləcə də insanların toxunulmazlığına zəmanətin olmamasına diqqət cəlb edilib.

Soydaşlarımız İslandiya ictimaiyyətini və beynəlxalq birliyi bu terror hadisəsini qınamağa çağırıb. Bəyanatda həmçinin son vaxtlar İran və Ermənistanın Azərbaycan ərazisində davamlı olaraq törətdiyi qanunsuz əməllərin qarşısının alınması məqsədilə hüquqi-siyasi müstəvidə təcili tədbirlər görməsinin zəruri olduğu bildirilib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info