Moskva Milli-Mədəni Muxtariyyəti bəyanat yaydı - BƏYANAT

Moskva Milli-Mədəni Muxtariyyəti ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə qarşı silahlı hücumu pisləyən bəyanat yayıb.

Ulutv.info xəbər verir ki, Bəyanatda Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinin təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərovun qətli və səfirliyimizin iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktından dərin narahatlıq duyduqları qeyd olunub, qanlı hadisənin arxasında İran xüsusi xidmət orqanlarının dayandığına diqqət çəkilib.

Soydaşlarımız yerli və beynəlxalq ictimaiyyəti regionumuzda baş verənlərlə bağlı ədalətli mövqe tutmağa, sabitlik əleyhinə yönəlmiş cinayətlərə görə cavabdeh şəxslərin ən qısa zamanda məsuliyyətə cəlb olunması üçün əməli addımlar atmağa çağırıb.


Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info