Moldova Azərbaycanlıları Konqresi bəyanat yaydı

Moldova Azərbaycanlıları Konqresi ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilən terrorla bağlı bəyanat yayıb.

Konqres üzvləri bu xain hücum nəticəsində bir azərbaycanlının qətlə yetirilməsindən, ikisinin isə yaralanmasından böyük təəssüf hissi keçirdikləri vurğulayıb, beynəlxalq ictimaiyyətin diqqətini insanlıq əlehyhinə yönələn cinayət əməlinə cəlb ediblər.

Moldova Azərbaycanlıları Konqresi İran və Ermənistanın Azərbaycanın sərhədləri daxilində birgə qanunsuz əməllər törətdiyini qeyd edərək, beynəlxalq təşkilatlardan ədalətli mövqe ortaya qoymağı, cinayəti törədənlərin ən qısa zamanda məsuliyyətə cəlb olunması üçün addımlar atmağı tələb ediblər.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info