Azərbaycan icması “Der Spiegel” jurnalından Qarabağla bağlı dezinformasiya yaymamağı tələb edib

Almaniyada fəaliyyət göstərən Azərbaycan icması “Der Spiegel” jurnalına etirazını bildirib.

Bremen Azərbaycan Mədəniyyət Evinin adından jurnalın redaksiyasına ünvanlanan məktubda bildirilib ki, Almaniyada yaşayan Azərbaycan icması nəşrin xəbər portalında Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisi olan Dağlıq Qarabağla bağlı separatist yönümlü, birtərəfli, yalan reportajların yayılmasından narahatlıq keçirir.

Qeyd edilib ki, jurnalın “Səkkiz milyard” podkastında ölkəmizlə bağlı deyilənlər press-kodun 2-ci və 3-cü bəndlərinə ziddir. Çünki şifahi məlumat həqiqətə uyğun deyil, müsahibə dəqiqləşdirilməmiş, qərəzli və şəxsi fikirlərə əsaslanıb, Dağlıq Qarabağla bağlı faktlar təhrif edilib və dərc olunub.

Soydaşlarımız redaksiya heyətini jurnalistikanın etik standartlarına əməl etməyə və jurnalist neytrallığını qoruyub saxlamağa çağırıb.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info