Azərbaycanlı xanım bu il Türkiyədə millət vəkili olmağa iddialıdır - VİDEO

Gəncədə doğulan, 3 yaşında Moskvada ayaqlarını itirən və İstanbulda uğurlu həyatı ilə nümunəyə çevrilən Vəfa Aktuz bu il Türkiyə Böyük Millət Məclisinə seçkilərdə iştirak etmək arzusundadır.

Ulutv.net xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin İctimai TV ilə ortaq layihəsi olan “Vətən uzaqda deyil” proqramının ötən ilki buraxılışlarından biri Vəfa Aktuzun olduqca maraqlı həyatına həsr olunub. Soydaşımızın siyasi fəaliyyətə başlamaq arzusu, ictimai sahədə fəallığını daha da artırması mövzunu yenidən diqqət mərkəzinə gətirib. Qeyd edək ki, Vəfa Aktuz Türkiyədə müalicə alan azərbaycanlı qazilərə psixoloji və mənəvi dəstək göstərməsilə də böyük rəğbət qazanıb.

“Vətən uzaqda deyil” proqramının soydaşımıza və onun həyatda ən böyük dayağı olan türk həyat yoldaşına həsr olunan yeni buraxılışını aşağıdakı linkdən izləmək olar.

Ulutv.net
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info