Məşhur səyyahlar Şuşada erməni vandalizminin şahidi olublar - FOTOlar

Şuşaya səfər edən 20-dən çox ölkədən tanınmış səyahətçilər burada erməni vandalizminin şahidi olublar.


Ulutv.info trend-ə istinadən bildirir ki, xarici qonaqlar Azərbaycanın mədəniyyət paytaxtı ilə tanış olub, Üzeyir Hacıbəylinin, Natəvan və Bülbülün ermənilər tərəfindən atəşə tutulan abidələrinə, eləcə də azərbaycanlıların dağıdılmış evlərinə baxıblar.

Qeyd edək ki, 20-dən çox ölkədən gəlmiş məşhur səyyahların Qarabağa və Şərqi Zəngəzura səfəri təşkil olunub.

Heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People-Ən çox Səyahət Edən İnsanlar) klubunun təsisçisi Çarlz Veleydir.

Səyahətçilər Şuşa və Ağdam şəhərlərini, Füzuli, Xocavənd və Zəngilan rayonlarını, o cümlədən Ağalı kəndini və Cəbrayılı ziyarət edəcəklər.

Sentyabrın 10-dək davam edəcək səfər işğaldan azad edilmiş ərazilərin "qara turizm" çərçivəsində tanıdılmasına dair müstəsna əhəmiyyət daşıyır.

Ulutv.info

Məqaləyə dair fotomateriallar:



















































Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info