Türkiyənin Azərbaycandakı səfiri ilə görüş

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı ilə görüşüb.


Görüşdə qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyi vurğulanıb, ikitərəfli iqtisadi münasibətlərin daha da möhkəmləndirilməsi perspektivləri qeyd edilib.

Tərəflər iqtisadiyyatın müxtəlif sahələrində tərəfdaşlığın gücləndirilməsi, ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi, Azərbaycanın infrastruktur sahələrinə sərmayə qoyuluşunun artırılması barədə müzakirələr aparıb.

Ulutv.info

]
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info