1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Cəbrayıl və Qubadlıda da fəaliyyət göstərəcək

Prezident İlham Əliyev "Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 iyul tarixli 1756 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.


Ulutv.info azertac-a istinadən bildirir ki, Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 iyul tarixli 1756 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilir:

- 3.1-ci bənddə "Zəngilan rayonuna" sözləri "Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına" sözləri ilə əvəz edilsin.

- Həmin Fərmanla təsdiq edilmiş "Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi"nin 1.1-ci bəndində "Zəngilan rayonuna" sözləri "Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına" sözləri ilə əvəz edilsin.

Qeyd edək ki, 3.1-ci bəndə əsasən, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti (bundan sonra - Xidmət) Zəngilan rayonuna əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Yeni dəyişiklikdən sonra Cəbrayıl və Qubadlı rayonları da sözügedən publik hüquqi şəxsin fəaliyyət dairəsinə daxil olur.


Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info