Azərbaycan ADEX-də bir neçə PUA nümayiş etdirib - FOTO

Müdafiə Nazirliyi Bakıda keçirilən "ADEX 2022" dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisində bir sıra pilotsuz uçuş aparatlarını nümayiş etdirib.


Ulutv.info trend-ə istinadən bildirir ki, sərgidə yerli istehsal olan "Qartal" PUA-sı təqdim edilib. Aparatın uçuş məsafəsi yeddi kilometr təşkil edir və üç kiloqram çəkidə iki bomba daşımaq iqtidarındadır. PUA-nın maksimal sürəti 70 kilometr/saat, uçuş müddəti 30 dəqiqədir.

Təqdim olunan "Şahin" PUA-sı bir bomba daşıya bilir, uçuş məsafəsi 7 kilometr, müddəti 30 dəqiqədir.

Sərgidə həmçinin "Quzğun" PUA-sı təqdim olunub. Bu aparat 0,5 kiloqram çəkidə partlayıcını 7 kilometr məsafəyə daşıya bilir. Uçuş sürəti 80 kilometr/saat, uçuş müddəti 20 dəqiqə təşkil edir.

Sərgidə nümaiş etdirilən ən böyük yerli PUA-lardan biri olan "Simurq" aparatı olub. O, 10 kiloqram çəkidə iki bombanı 17 kilometr məsafəyə daşıya bilər. PUA-nın uçuş sürəti 50 kilometr/saat, uçuş müddəti 40 dəqiqə təşkil edir.

Qeyd edək ki, sərgidə 208 şirkət təmsil olunur. İştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri təmsil olunur. Sərgiyə ilk dəfə İordaniyadan olan şirkətlər də qatılıb. Bu il 8 ölkə milli stendləri ilə iştirak edir.

Ulutv.info

Məqaləyə dair fotomateriallar:


Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info