Sabirabad xəstəxanasında Sevinc Hüseynova “rüzgarı”…Baş tibb bacısının ümidinə qalan xəstəxana.Bu da fakt…

Aidiyyatı qurumlar baş tibb bacısı ilə bağlı niyə tədbir görmürlər?

Sabirabad rayon Mərkəzi Xəstəxanası ilə bağlı ölkə mətbuatında davamlı olaraq şikayətlər dərc edilməkdədir. Rayon xəstəxanasında baş alıb gedən korruppsiya hallarının qarşısını isə aidyyatı qurumlar nədənsə ala bilmirlər desək heçdə yanılmarıq.

Turantv.az saytına daxil olan məlumata görə bir müddət əvvəl haqqında ölkə mətbuatında çoxsaylı şikayətlər dərc edilən işdən çıxarılan xəstəxananın baş tibb bacısı Lalə Dadaşovanın yerini daha “əzazil” bir tutub. Məlumatda bildirilir ki, hazırda Sabirabad xəstəxanasını idarə edən, daha doğrusu vətəndaşlardan rüşvət yığan,problemləri həll edən şəxs genekologiya şöbəsinin baş mamaçası və xəstəxananın baş tibb bacısı vəzifəsini əvəz edən Sevinc Hüseynovadır.

Məlumatda bildirilir ki, Sevinc Hüseynova xəstəxana rəhbərliyində işləyən şəxslərdən birinin himayəsi altında hərəkət edərək bütün işlərə müdaxilə etməklə bərabər, həmdə həkimlərdən yığılan qeyri-qanuni vəsaitlərə nəzarəti həyata keçirir. Vəziyyət o yerə çatıb ki, xəstəxanada işə düzəlmək istəyənlər belə məhz Sevinc Hüseynova vasitəsi ilə danışılqara gedirlər.

Yəni işə girmək istəyən şəxs ilk öncə Sevinc Hüseynovanı görməli onunla razılaşmalı və sənədlərini ona təqdim etməlidir.

Verilən məlumatda qeyd edilir ki, Sevinc Hüseynova himayəçisinin verdiyi dəstəklə artıq rayon xəstəxanasını baş həkim əvəzinə idarə edir. Direktor Ənvər Lumanov nədənsə Sevinc Hüseynovaya “gözün üstündə qaşın var”demir. Xəstəxanada dəhlizlərində yayılan söz söhbətlərə görə Sevinc Hüseynova direktorun hansısa gizlin əməllərindən xəbərdar olduğu üçün Ənvər Lumanov ona heçnə deyə bilmir. Əlbətdə bu bir iddadı. Ancaq Sevinc Hüseynova Sabirabad xəstəxanasında vəzifə səlahiyyətinə görə 10-cu adam olmasına baxmayaraq, birinci şəxslərin işlərini görür. Bu isə o anlama gəlir ki, baş tibb bacısı ilə başda Ənvər Lumanov olmaqla bütün xəstəxana rəhbərliyi hesablaşır. Buna səbəb kimi, yerli hüquq mühafizə orqanlarının rəisinin biri ilə Sevinc Hüseynovanın yaxın münasibətinin olmağı göstərilir. Məlumatda qeyd edilir ki, Sevinc Hüseynova keçmiş baş tibb bacısı Lalə Dadaşovadan fərqli olaraq, həm həkimlərlə, həmdə xəstəxanaya gələn vətəndaşlarla kobud danışmaqla bərabər, onları təhdid belə edir.

Etibarlı mənbənin məlumatina görə Sabirabad RMX PHŞ-nin rəsmi direktoru Ənvər Lümənovdur.Amma qeyri-rəsmi xəstəxanaya rəhbərlik edən Sevinc Hüseynovadır.

Sevinc Hüseynova kimdir?
Verilən məlumata görə Sevinc xanım Sabirabad rayonunda özəl bir kurs diplomunu hansısa əyri yollarla əldə etmiş bir tibb bacısı demək olarsa,tibb bacısıdır.Amma rəsmi Sabirabad RMX Perinatal Mərkəzin baş mamasıdır.

Sevinc RMX-nın 80% əməkdaşlarına və vətəndaşlara hədə qorxu gələn,mənəm-mənəm deyən bir şəxsdir.Xəstəxanada əksər həkim və tibb işçiləri icazəni ondan alır,işə qəbul onun göstərişi ilə həyata keçirilir.Sevinc işçilər arasında xof yaradaraq bildirir ki,mənim arxamda rayon rəhbərlərinin biri durur və onun adı və vəzifəsi ilə hamını qorxudur,hətta direktor Ənvər Lümənovu belə!

Sevinc Hüseynova 2022-ci ilin dekabr ayında özünə ad günü keçirtdi,həmin günü Perinatal Mərkəzin iş fəaliyyəti dayanmışdır.Doğum şöbəsinin dəhlizində səs küylə bir neçə fişəng atıldı və doğum şöbəsi 100-lərlə gül buketləri,qızıl zinyət əşyaları,sayı 50-yədək tortlarla möhtəşəm bir şadlıq sarayına bənzədilmişdir.(bu barədə növbəti yazılarımızda ətraflı video və fotoşəkillər təqdim olunacaq)

Sevinc Hüseynova Sabirabad Xəstəxanasında istədiyi kimi hərəkətlər edir,qanunsuz işlər görür,öz işinə aid olub olmayan işlərlə məşğul olur.

Məlumata görə Ona məxsus Sabirabad rayonunda iki bina evi,iki həyət evi,Bakı şəhəri Yasamal rayonunda 2 bina evi,hal hazırda bahalı 99-XS-333 (Xəlilova Sevinc seriya nömrəli,boşanmamışdan öncəki ad soyadı) dövlət qeydiyyat nişanlı avtomaşını vardır.Adicə tibb bacısı işləyən 500-600 (ən çoxu) manat əmək haqqı alan tibb bacısı bu şəraiti necə qurmasını aidiyyatı orqanlar qarşısında cavab verməlidir və aldığı saxta diplomla birlikdə!

Deyilənə görə Sevinc Hüseynova xəstəxanaya Baş tibb bacısı keçmək istəmiş və onu bu səbəbdən TƏBİB-ə müsahibəyə çağırmışlar.

Müsahibədə Sevinc Hüseynovaya birinci və axırıncı sual bu olub ki,TƏBİB-in sədri kimdir?Sevinc Hüseynova bildirib ki,Oktay Şirəliyevdir.

Bununla onda olan biliyi görüblər və onu geri qaytarıblar.
Sevinc Hüseynovanın qeyri-qanuni tələbinə məhəl qoymayan istənilən işçini 10 saniyə ərzində şərləyərək ləkələməyi ilə də məşhurdur.Maraqlısı isə direktorun ondan qorxaraq bütün dediklərin etməyidir.
Hesab edirik ki,qanunlara məhəl qoymayan,bütün xəstəxanaya mənəm mənəmlik edən işçi barədə TƏBİB rəhbərliyi tez bir müddətdə ölçü götürərək qeyri qanuni əməlləri barədə hüquq mühafizə orqanlarına müraciət edərək Sabirabad Xəstəxanasını bu rəzalətdən qurtarar.
Qanunlari tanımayan,xəstəxananı şəxsi obyekti kimi işlədən Sevinc Hüseynova barədə növbəti yazılarımızda daha da ətraflı məlumatlar paylaşacayıq.

Məsələ ilə bağlı araşdırmamız davam edir.

Turantv.az informasiya agentliyi olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info