Lənkəranda Regionun ilk süd vəzi diaqnostik mərkəzin açılış mərasimi keçirilib - FOTO

Açılış mərasiminin birinci hissəsi Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində baş tutub. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib sonra Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlanmışdır.
Giriş sözü ilə Mammoloq-Radioloq Günel Qəmbərova açaraq bildirib ki, Regionlardan gəlmiş gecikmiş xəstələrin sayı çox idi bu hər birimizi çox üzürdü bunları nəzərə alaraq dostlarımızın dəstəyi ilə Lənkəran şəhərində Regionun ilk süd vəzi diaqnostik mərkəzini ərsəyə gətirdik.Çıxış edənlər Əməkdar müəllim Mənsur Ağayev, Lənkəran Şəhər İcra hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadə, Lənkəranda Cənub bölgəsində ilk dəfə 1987 ci ildə Endoskopiya və 1989 cı ildə Ultrasəs müayinə cihazını, 2009 cu ildə ilk özəl ultrasəs müayinə kabinetinin rəhbəri Fayaz Məmmədov klinikanın fəaliyyətində uğurlar arzulayıb.
Sonra "FIRST Medical" centerin icraçı direktoru Dr Rüfət Əlizadə çıxış edərək gələn qonaqlara, dəstək üçün Lənkəran Şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşova minnətdarlığını bildirib.
Sonda qonaqlar ilə birlikdə "FİRST Medical Center" in qırmızı lenti kəsilib və qonaqlar klinika ilə yaxından tanış olublar.


Qeyd edək ki, "FIRST MEDİCAL" centerde son model cihazlar: ultrasəs müayinə cihazı Logiq P9 r4 xdClear 2022 Mammoqrafiya, Fujifilim Amulet F biopsi 2020 Və Reqemsal kolposkopiya və respublikanın tanınmış, işinin peşakarı olan həkimlər fəaliyyət göstərəcək.
Mammoloq
Ginekoloq
Onkoginekoloq
Endokrinoloq
Psixoloq
Androloq
Nevroloq
Pediatr
Pediatrik kardioloq
Fleboloq

Allahverən Pərvizoğlu.





Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info