Abşeron Xəstəxanasında nələr baş verir...? - FOTO

Ulutv.info xəbər verir ki, 28.12.2022-ci il tarixində Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib. Belə ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktoru vəzifəsi Azər İsmayılova həvalə edilib.

Azər İsmayılov kimdir?

Qeyd edək ki, A.İsmayılov 2005-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib. 2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsində təhsilini davam etdirib. 2009-2015-ci illərdə Türkiyənin Ege Universitetinin Tibb fakültəsində ümumi cərrahiyyə üzrə uzmanlıq təhsil alıb.

2017-2021-ci illər ərzində Yevlax Rayon Mərkəzi Xəstəxanasında, 2021-2022-ci illər ərzində isə Respublika Klinik Xəstəxanasında direktor kimi fəaliyyət göstərib.

Ulutv.info-ya verilən məlumata görə, Yeni təyinat alan direktor Azər İsmayılov fəaliyyətinin ilkində artıq ətrafına özünə uyğun komanda toplaması qeyd edilib. Qeydlərdə həmçinin bu komanda deyilən şəxslərin Azər İsmayılovun yaxın qohumları 0lduğuda vurğulanır. İşləyir imici yaratmağa cəhd edən Direktor konkret olaraq yaxınlarına göründüyü qədər iş yeri yaradır. Yaxın günlərdə Abşeron Mərkəzi Xəstəxanasında kütləvi ixtisarların olmasıda gözlənildiyini etibarlı mənbə xəbər verməkdədir.
Araşdırmamız davamç edir.

Məsələni diqqətimizdə saxlayacağıq.

M.Mətanət
Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info