İcra Hakimiyyətinin rəsmi saytında reklam edilən hotel görün kimin adınadır (FOTOLAR)


28 May - Müstəqillik Günündə Gəncə şəhərində yeni inşa edilən "Leon Hotel, SPA və Restoran" kompleksi istifadəyə verilib. Kompleksin açılış mərasimində millət vəkili Müşfiq Cəfərov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Dövlət Turizm Agentliyinin və digər dövlət qurumlarının məsul şəxsləri iştirak ediblər.

Həmin obyektin açılışı ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmi saytında və rəsmi "facebook" səhifəsində paylaşım edilib.

Dövlət orqanın rəsmi sayt və sosial şəbəkədəki səifəsində özəl obyektin açılışının reklamına bu qədər geniş yer verilməsi maraq doğurub.

32gun.az-ın bununla bağlı apardığı araşdırma nəticəsində məlum olub ki, 27.04.2023-cü il tarixində dövlət qeydiyyatına alınan "Leon Hotel, SPA və Restoran"ın qanuni təmsilçisi Üzeyir Balakişiyev Qara oğludur.



O Gəncə Dövlət Universitetin Sosial fənlər kafedrasinın baş müəllimi, fəlsəfə elmləri üzrə fəlsəfə doktorudur.

İcra Hakimiyyətinin rəsmi saytında reklam etdiyi hotelgörün kimin adınadırn (FOTOLAR)

Belə bir kompleksin sadə müəllim maaşı ilə açılması isə şübhə doğurur. Bu da kompleksin əsl sahibinin dövlət qurumlarında çalışanlardan biri olması şübhəsini artırır.

Qeyd edək ki, "Leon Hotel, SPA və Restoran"ın açılışında xüsusi olaraq müğənni və musiqiçilər gətirilib.

Ayxan




Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info