Qazaxda itkin düşən şəxs axtarılır

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Ulutv.info-ya verilən məlumata görə, Qazax rayon Aslanbəyli kənd sakini, 1964-cü il təvəllüdlü Oruc Nəsibovun cari ilin aprel ayının 30-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. O. Nəsibovun əlamətləri belədir: Boyu 175-180 sm, sarışın, arıq bədən quruluşludur.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-295-14-97 şəhər və (050) 275-74-74 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info