DİN: Toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanılıb - FOTO/VİDEO

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində toy karvanında avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, araşdırmalarla Elcan Cəfərovun özünə məxsus “VAZ” markalı avtomobil illə toy karvanında dövlət qeydiyyat nişanını gizlədərək yollarda intizamsızlıq etməsi, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi, digər hərəkət iştirakçılarına təhlükə yaratdığı və həmin hərəkətləri sosial şəbəkələrdə paylaşması məlum olub. Həmin şəxs saxlanılaraq inzibati məsuliyyətə cəlb olunub.

Bundan başqa bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə qanunla qadağan edilməsinə baxmayaraq kosntruksiya dəyişikliyi edərək təhlükəli manevrlər etməsi də məlum olub. Həmin sürücülər saxlanılaraq profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb.

Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.

UluTv.info






Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info