Samux sakinində narkotik aşkar olunub- FOTO

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan UluTv.info-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Elməddin Quliyev saxlanılaraq şöbəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan “tiryək” aşkar edilib.
Saxlanılan şəxs maddi sübutla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

UluTv.info

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info