Azərbaycanda dəhşət: Bəy gəlin üçün toy donu almaqdan qayıdarkən öldü

Sabirabadda "Mercedes" markalı avtomobilin kanala aşıb.

Ulutv.info məlumatına görə, Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonunun Nizami kəndi ərazisindən keçən hissəsində baş verən qəza nəticəsində sürücü, Beyləqan rayonunun Yeni Mil-qəsəbə sakini, 1995-ci il təvəllüdlü Vəlizadə Elman Mürşüd oğlu və avtomobildə olan sərnişin Ağcabədi rayonunun Xocavənd kənd sakini, 1961-ci il təvəllüdlü Nəsirova Məhbubə Əşrəf qızı suda boğularaq ölüblər.

Digər sərnişinlər - Beyləqan rayonunu Yeni Mil qəsəbə sakinləri olan sürücünün atası 1972-ci il təvəllüdlü Vəliyev Mürşüd Elman oğlu, anası 1973-cü il təvəllüdlü Vəliyeva Zülfiyyə Əlağa qızı və sürücünün nişanlısı Ağcabədi rayonunun Xocavənd kənd sakini, 2006-cı il təvəllüdlü Nəsirli Əsmər Bakir qızı yüngül xəsarətlər alıblar.
Qeyd edək ki, nişanlı cütlüyün yaxın zamanlarda toyu olacaqdı. Onlar Bakıya gəlinlik donu almaq üçün (bazarılq) gedərkən yolda qəzaya düşüblər.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info