AZƏRBAYCANİN SÖNMƏZ GÜNƏŞİ

Xalidə İlyasqızı Ulu öndər Heydər Əliyevə şeir həsr edib.

(Dahi şəxsiyyət, xilaskar prezidentimiz, fonemen insan Heydər Əliyevə anadan olmasının 100 illiyi münasibətilə. Böyük ehtiramla anırıq. Ruhu şad olsun. Amin. "2023 Heydər Əliyev ili").

Sanki, keçmişdən gələn bir müdrik qoca idin!
Yolun çətin olsa da, əməldə uca idin!
***
Bir həkimlə danşsan, sanki, bir həkim idin !
Sənətkarlar içində, bilinmir hər kim idin !
***
Müğənniylə danışsan mahnılar oxuyardın,
Xalçaçıyla danışsan, naxışlar toxuyardın!..
***
Allahın möcüzəsi, yaradanın əsəri,
Fonemen şəxsiyyətdi, əməlləri bəşəri!
***
Yüz ili sanki, bir il, hər yolu düz və rəvan,
Yüz ili sanki, min il, həm qoca həm də cavan!
***
Vəfalı sədaqətli, sevgisi saf təmizdir!
Eşqi daim çağlayan, təlatümlü dənizdir!
***
Vətənini xalqını bu qədər sevən hanı ?
Bir qarış torpaqıyçün, bir anda verər canı!
***
Bir vətəndaş böyüdüb, xalqına yiyə dursun!
Hər zirvəyə enməyən üç rəngli bayraq vursun !
***
Oğlun İlham ilhamla, yeriyir hey irəli!
Ziyankar düşmənlərin başın əzdi birəlli!
***
"Dəmir yumruğu" ilə yox eləyibdi o"yanı,"
Gülüstana çevirib, doğma Axərbaycanı!
***
Öncə görüb dediyin, işi gətirdi sona !
Nə yaxşı savad verib xalqı tapşırdın ona!
***
Fonemen şəxsiyyəti,Tanrı bir yol yetirib !
Oda doğma yurduna işıq və nur gətirib!
***
Onun kimi şəxsiyyət dünyada harda, hanı?
Dünya qədər sevibdi, doğma Azərbaycanı!
***
Əridərək ömrünü,yazdı tariximizi!
Əsrlər ötər ancaq, qalar bu tarix izi!
***
Tarixdə tarix yazan ata- oğul qoşadır ,-
Əvvəl Heydər, indi də İlham yurdu yaşadır!
***
Xalqının ürəyinin başıdır, Azərbaycan!
Dünyanın ən qiymətli qaşıdır, Azərbaycan !

Hörmətlə Xalidə İlyasqızı
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info