Anar Ələkbərovun doğum günüdür - DOĞUM GÜNÜNÜZ MÜBARƏK

Anar Ələkbərov Samux rayonunda anadan olub. O, 1998-ci ildə Bakıda Qərb Universitetinin Beynəlxalq menecment ixtisası üzrə bakalavr pilləsini bitirib. 2001-ci ildə Bakıda Qərb Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

- 2008-ci ildən Heydər Əliyev Fondunun icraçı direktoru vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin 10 iyul 2012-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktoru təyin edilib.

- 2013-cü ildə Fransanın "İncəsənət və ədəbiyyat ordeni" ilə təltif edilib.

- 21 fevral 2014-cü ildə Azərbaycan Avtomobil İdman Növləri Federasiyasının prezidenti seçilib.

- 2014-cü ildə Azərbaycan və Macarıstan arasında əlaqələrin genişləndirilməsində və bu ölkədə mədəni-humanitar layihələrin həyata keçirilməsindəki xidmətlərinə görə Macarıstanın dövlət mükafatı — "Komandor xaç" ordeni ilə təltif edilib.

- 2014-cü ildə "Mehriban Əliyeva — xeyirxahlıq və ümid mücəssəməsi" adlı məqaləsi və "Mehriban" adlı kitabı çap edilib. "Milan Expo 2015" ümumdünya sərgisində Azərbaycan nümayəndə heyətinin sədri olub.

- 2017-ci ildə Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi təyin olunub. Anar Ələkbərov Heydər Əliyev Fondunun icraçı direktoru vəzifəsində çalışır.

Azərbaycan Respublikası Prezidentinin 10 iyul 2012-ci il tarixli Sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktoru təyin edilib.

Prezident İlham Əliyevin 2019-cu il noyabrın 29-da imzaladığı sərəncamla Anar Ələkbərov Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin edilib.

13 Aprel 2023-cü il tarixində gənclərin dostu, Azərbaycan respublikası Prezidentinin köməkçisi, insani keyfiyyətləri özündə cəm edən Anar Ələkbərovun doğum günüdür.

Doğum günü münasibətilə Anar Ələkbərovu səmimi qəlbdən təbrik edir, ona uzun ömür cansağlığı sağlam və xoşbəxt həyat arzulayırıq. Sizə işlərinizdə və fəaliyyətinizdə bol bol uğurlar arzulayırıq.

46-cı Doğum gününüz mübarək.


Fərid, UluTv.info Kolektivi və rəhbər heyətidə bu təbrikə qoşulur.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info