Komitə əməkdaşları “Azəri Kalqari Ulduzları” rəqs qrupunun məşqini izləyib

Kanadaya səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin nəzdindəki “Azəri Kalqari Ulduzları” (“Azeri Calgary Stars”) rəqs qrupunun fəaliyyəti ilə yaxından tanış olublar.

Qonaqlara yaradıcı kollektivin fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, müxtəlif yaş qruplarını əhatə edən azərbaycanlı uşaqlar milli rəqslərimizi böyük həvəs və maraqla öyrənirlər. Kalqaridə müxtəlif tədbir və festivallarda aktiv iştirak etməklə milli geyimli uşaqlarımız Azərbaycan mədəniyyəti və musiqisini Kanadada təbliğ edirlər. Belə fəaliyyətin həm zəngin mədəniyyətimizin təbliği, qorunub saxlanılması, həm də soydaşlarımızın bir araya gəlməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsi baxmından böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Görüşon sonunda yaradıcı kollektivin məşqi izlənilib və qrupun fəaliyyətinin dəstəklənməsi ilə bağlı fikir mübadiləsi aparılıb.




Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info