“İdeyanı Reallaşdır -2022” Qrant Müsabiqəsinin qalib layihələrindən olan “Foto Akademiya” layihəsinin bağlanış tədbiri keçirildi

08.04.2023-cü il tarixində Saatlı rayonunda Azərbaycan Gənclər Fondunun “İdeyanı Reallaşdır -2022” Qrant Müsabiqəsinin qalib layihələrindən olan “Foto Akademiya” layihəsinin bağlanış tədbiri keçirildi.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə layihədə iştirak edən gənclər, rayonun aktiv gəncləri və fotoqrafiya sahəsinə marağı olan gənclər olmaqla ümumilikdə 15 gənc iştirak etdi. Tədbirdə layihə müddətində görülən işlər və layihənin davamlığı üçün nəzərdə tutulan planlar haqqında ictimaiyyətə geniş məlumat verildi.
Xəbərə müsahibə verən layihə rəhbəri, Saatlı rayon və bölgələrdə gənc fotoqraf kimi və təlimçi kimi fəaliyyət göstərən Ramil Süleymanov bildirdi ki, layihəni yazarkən “Gənc istedat” qrantı istiqamətini seçdim. Məqsədim rayonumuzda istedadlı gəncləri bir araya topamaq, özünü inkişaf etdirmək istəyən, işsiz və həvəskar gəncləri bir araya yığıb, onlarla komanda formalaşdırmağdan ibarət idi. Bu səbəbdən layihənin icra müddətində iştirakçı gənclərlə həm də, istedadlı gənclərin inkişafı istiqamətində ardıcıl iş aparmışıq. Hesab edirəm ki, yaxın gələcəkdə bu işlərin nəticəsi olaraq regionumuzda xeyli aktiv gənc, istedadlı gənc görəcəyik. Bu gənclər hər biri ölkəmizin inkişafına öz töhfəsini vermiş olacaq.

R.Süleymanov sözlərinə görə, 15.11.2022 – 08.04.2023 – cü il tarixlərində həyata keçirilən layihədə fotoqrafiyanı öyrənmək istəyən 15 nəfər gənc foto, video, fotoşop kurslarına cəlb edilib. Həftədə 2 dəfə keçirilən təlimlərdə təlimçi Gülağa Hüseynli, Aslan Muxtasimov tərəfindən müxtəlif öyrətmə üsüllarından istifadə edərək gənclərin bacarıqlarının inkişafına şərait yaradılmışdır.

UluTv.info: Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edildi.


Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info