Azərbaycanlı vokalçı ABŞ-da beynəlxalq müsabiqənin qızıl medalını qazanıb -FOTO

Tanınmış azərbaycanlı vokalçı Urfan Cəfərov Nyu-York şəhərində keçirilmiş opera ifaçılarının “American International Vocal Competition of Opera Singers - 2023” beynəlxalq müsabiqəsinin qalibi olub.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı olan həmyerlimiz 67 ölkənin ifaçıları arasında birinci yeri tutaraq qızıl medala layiq görülüb.

O, müsabiqənin qalibi kimi solo konserti üçün prestijli sertifikat alaraq, dünyanın məşhur konsert salonlarından biri olan “Carnegie Hall”da ölkəmizi təmsil edən və solo ifa edən ilk azərbaycanlı gənc vokalçı olub.

Qeyd edək ki, “American International Vocal Competition of Opera Singers” müsabiqəsi gənc ifaçılara nüfuzlu səhnədə solo çıxış etməyə imkan verən platformalardan biridir.

Xatırladaq ki, Urfan Cəfərov ötən il “American Protege-2022” beynəlxalq vokal müsabiqəsinin də birincisi olub.

Ulutv.info



Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info