Azərbaycanın Xalq rəssamı Rusiyada keçirilən beynəlxalq sərgi-müsabiqənin laureatı seçildi

Rusiya Federasiyası Elm və Ali Təhsil nazirliyinin dəstəyi ilə A.L.Ştiqlits adına Sankt-Peterburq Dövlət Bədii-Sənaye Akademiyası tərəfindən keçirilən “Dünya rəssamların gözü ilə” adlı beynəlxalq sərgi-müsabiqənin nəticələri açıqlanıb.

24 ölkədən rəngkarlıq, qrafika, heykəltəraşlıq sahələri üzrə peşəkar rəssamlar arasında keçirilən müsabiqəyə 749 əsər təqdim olunub.

Münsiflər heyəti tərəfindən açıq səsvermə ilə hər nominasiya üzrə 4 qalib müəyyən olunub.
Qeyd olunan müsabiqədə Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, professor Natiq Əliyev “Heykəltəraşlıq: portret” nominasiyası üzrə laureat seçilib.

F.Şərifov
Ulutv.İnfo

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info