Lənkəranda Novruz bayramına həsr olunmuş "Novruz gəlir" adlı tədbir keçirilib - FOTO

Lənkəran Dövlət Universitetinin Elmi kitabxanasında LDU-nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin Novruz bayramına həsr olunmuş “Novruz gəlir”adlı tədbiri keçirilib. Tədbirdə vətən uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə LDU-nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin direktoru Leyla İbrahimova açaraq müəllim və tələbə heyətini, Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik etdi.

Sonra İnstrumental ifaçılıq və Vokal FBK-sının və Tələbə Gənclər təşkilatının birgə hazırladığı konsert proqramı və səhnəciklər təqdim olundu.
Tədbirdə Novruz bayramının atributları olan Kosa, Keçəl və Bahar qız gəlişi ilə qonaqların əhval-ruhiyyəsini dahada artırıb.

Sonda Kollecin direktoru Leyla İbrahimova yaratdığı şəraitə görə Lənkəran Dövlət Universitetinin rektoru professor Natiq İbrahimova və tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi.

Allahverən Pərvizoğlu


Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info