"Qutsal yolçu" adlı kitabın təqdimatı - FOTOLAR

"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin sədri Yasəmən Qəyyumlu Beynəlxalq Muğam Mərkəzində 44 günlük Vətən müharibəsinin qəhrəmanı şəhid mayor Emin Süleymanovun əziz xatirəsinə həsr olunan "Qutsal yolçu" adlı kitabın təqdimatında iştirak edib.

Təqdimat Milli Məclisin Mədəniyyət komitəsinin təşəbbüsü, “Nəfəs” İctimai Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyinin dəstəyi ilə Muğam Mərkəzində keçirilib.

Tədbirdə millət vəkili Qənirə Paşayeva, şair, ictimai xadim Əkbər Qoşalı, “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva, Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin sədri İntiqam Yaşar, Əməkdar artist, muğam ifaçısı Nuriyyə Hüseynova, Esmanur Tədris Mərkəzinin direktoru İlahə Xuduqızı, tanınmış ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları iştirak edib.

Öncə şəhid mayor Emin Süleymanovun timsalında bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

“Qutsal yolçu” adlı kitabda 44 günlük Vətən müharibəsinin qəhrəmanı E.Süleymanovun həyat yolu, 25 illik hərbi xidməti, Vətən müharibəsində keçdiyi şərəfli döyüş yolu, ailəsinin, dostlarının, əsgərlərinin, döyüş yoldaşlarının xatirələri əks olunub.
Birlik sədri Yasəmən Qəyyumlu şəhid Emin Süleymanovun anasına və ailəsinə mənəvi dəstək göstərərək onun əbədiyyətə qovuşmasından danışaraq, hörmət və ehtiramla yad edib.
Təşkilat adından şəhidin anasına "Zəfər Diplomu" təqdim olunub.
Allah rəhmət eləsin!

F.Şərifov
Ulutv.İnfo







Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info