Yeni və Gənc Rəssam Səbinə Məmmədovanın rəsm sərgisi Keçirilib - FOTO

27 fevral 2023-cü ildə Siyəzən rayon Heydər Əliyev Mərkəzində Siyəzən rayonunun Yeni və Gənc Rəssamı Səbinə Məmmədovanın Rəsm Sərgisi Keçirildi.

Sərgidə Siyəzən rayon Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini müvəqqəti icra edən Qumru Səlimova, Siyəzən rayonunun fəal gənci Sübhan Məmmədov, Siyəzən rayon İcra Hakimiyyətinin məsul işçisi Günel Ağayeva, Siyəzən rayon Yeni Azərbaycan Partiyasının sədr müavini Ramilə Seyidova, Siyəzən rayon Gənclər və İdman İdarəsinin Rəisi Nadir Məmmədov və İşçiləri, Siyəzən Rayon Mədəniyyət Mərkəzinin İşçiləri, Siyəzən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor səlahiyyətlərini müvəqqəti icra edən Gülnar Muradova, Siyəzən rayonun Qaziləri, Müharibə iştirakçıları, Veteranlar, Siyəzən rayonun ictimaiyyəti, məktəb şagirdləri, Siyəzən rayonun Rəsm Müəlliməsi Ləman Tağıyeva, Siyəzən rayonunun Gənc rəssamı Ayşən Novruzova iştirak etdilər.

Sərgidə Siyəzən rayonun Yeni və Gənc Rəssamı Səbinə Məmmədovanın əl işləri nümayiş olundu. Can Azərbaycan Mövsunda Rəsm Sərgisi Keçirildi.

Sərgidə İştirak edən hərkəsə təşəkkür edirik. Siyəzən rayon Heydər Əliyev Mərkəzinin səlahiyyətlərini müvəqqəti icra edən Qumru Səlimovaya öz təşəkkürlüyümüzü bildiririk. Siyəzən rayonunda yaşayan istedadlı gəncləri rayon ictimaiyyətinə tanıdır.

Rayonda yaşayan bacarıqlı və istedadlı gənclərə daima dəstək olub onları önə çəkdiyinə görə bizdə ictimaiyyət adından Səlimova Qumru Oleq qızına Təşəkkür edirik

Fərid Şərifov
Ulutv.İnfo.

SƏRGİDƏN FOTO GÖRÜNTÜLƏR:








Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info