Tamaşa bitdi…

25 ilə yaxındır ki, döyüş növlərini və döyüş fəlsəfəsini öyrənirəm. Ən çox üstünlük Yaponiya döyüş stillərinə vermişəm - Şotokan, Kyokuşinkay, Qoju Ryu, Vado Ryu, Kendo, Jiu Jitsu və s.


Səhnədə gördüklərim iki səbəbdən mənə doğma idi. Həm Yaponiya mədəniyyəti, həm də döyüş xoreoqrafiyası olaraq. Təşkilatçılara dərin minnətdarlığımı bildirirəm. Çox əhəmiyyətli layihə idi.


Ümumiyyətlə, Yaponiya mədəniyyətinin Azərbaycanda təbliği təqdirə layiq addımdır və bunun üçün mən də səy göstərmişəm. Sadəcə, dəstək olan olmayıb. Layihələrim qalıb əlimdə. Nəisə…


Performans zamanı döyüş xoreoqrafiyasından əvvəl, bəzi incəlikləri haqda da məlumat verilirdi. Sonra döyüş xoreoqrafiyası başlayırdı. Tamaşaçılara çox maraqlı idi. Təbii ki, mənim üçün yeni bir şey deyildi. Əsas mənə xoş olan, tamaşaçıların emosiaları idi. Bəyəndiklərindən və gur alqışlarından mən də həzz alırdım. Çünki, yaponların simasında mənim də sənətimi alqışlayırdılar.


Amma təəssüf hissi də keçirirdim. Həm də necə! Az qaldı yarıda durum gedim. Adama təsir edən odur ki, New Yorkdan dostlarımızı dəvət edib Heydər Əliyev Mərkəzində möhtəşəm səhnəyə çıxarıb xalqımıza təqdim edirlər, amma illərdir Azərbaycanda həmən işi yüksək səviyyədə gördüyüm halda, bir dəfə də biri gəlib maraqlanmayıb, dəstək olmayıb, 2017-ci ildə Hollivuda gedəndə də Mədəniyyət Nazirliyi “bizim prioritetimizdə deyil” deyib başından edib və s. Performansa baxanda dedim ki - bizim komandanın yeri məlum.

Çünki, indiyə qədər kiçik bir məşq bazası nədir ki, bunu həll etmək səlahiyyətli məmurlarımız üçün bu boyda problem olub? Məncə problem deyil, sadəcə bizim məşğuliyyətimiz onların şəxsi marağında deyil. Gərək cənab prezident şəxsən məni tanısın, tapşırıq versin ki, ondan sonra məni eşidən eşitsinlər.

Bizə şərait yaradılsa, biz bu cür performanslarla həm öz xalqımızı, həm də digər xalqları təəccübləndirə bilərik!


Bizə dəstək olan dostlarımız var olsun. Yaxşı ki, belə doatlar var

Baku GoldenHorse Therapeutic and Educational Center

Azərbaycan İncəsənət Məktəbi

Yunus Emre Enstitüsü - Bakı

Сархан Тагиев Farid Baghirov Tural İntiqamoğlu Əliyev Selçuk Karakılıç



P.S. Yaza yaza fikirləşirəm ki, nə yazırame boş boş. Sən axı a-zər-bay-can-lısan! Kimdir sənə dəstək olan bu işdə… Yalandan vətənpərvərlikdən dəm vururlar!

Təşkilarçıla yenə də öz dərin minnətdarlığımı bildirirəm. Yaponiyadan gələn dostlarımızlada həm söhbət oldum, tanışlıq yarandı, münasibət quruldu və çox xoş oldu. Onlarla da tanış etdiyinizə görə təşəkkür edirəm.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info