İdrak Mustafayev: Elimizin Dəyərli Ağsaqqalı Mahir Muradovun əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır.

Nekroloq

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi, Əməkdar hüquqşünas, Mahir Muradov 2023-cü il yanvarın 5-də ömrünün 66-cı ilində vəfat etmişdir.

Mahir Cümşüd oğlu Muradov 1956-cı il 25 iyulda Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

Əmək fəaliyyətinə 1973-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi orqanlarında başlayan Mahir Muradov, 1973-1979-cu illərdə burada, 1979-1983 “Xəzərneftqazdonanma” İdarəsində, 1983- 2012-ci illərdə prokurorluq orqanlarında stajor, böyük müstəntiq, şöbə prokuroru, prokuror vəzifələrində çalışmışdır.

16 oktyabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuş və ömrünün sonunadək bu vəzifəyə davam etmişdir.

Görkəmli hüquqşünas, əsl ziyalı, gözəl insan Mahir Cümşüd oğlu Muradovun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Azərbaycan Gənc Diplomatlar Birliyi olaraq, Mahir Müəllimin ölümündən kədərləndiyimizi bildirir, ailəsinə və yaxınlarına səbr diləyirik.

Allah rəhmət eləsin! Hörmətlə Gənc Diplomatlar Birliyin Sədr Muavini İdrak Mustafayev
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info