Salonikidə Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd edilib

Yunanıstanın Saloniki şəhərində fəalliyyət göstərən Azərbaycan Evində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib.

Tədbiri “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin və Saloniki Azərbaycan Evinin sədri Rəşid Məmmədov açaraq, Azərbaycan xalqının ümummilli liderinin həyatı, zəngin və çoxşaxəli siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib. Dahi şəxsiyyətin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında fədakar, misilsiz və əvəzsiz xidmətlər göstərdiyinə diqqəti cəlb edib. Bildirib ki, xaricdə, o cümlədən Yunanıstanda yaşayan azərbaycanlılar Heydər Əliyev irsinə, onun azərbaycançılıq məfkurəsinə dərindən bağlıdırlar.



Tədbirdə çıxış edən türkoloq alim Sokrat Angelidis dünyanın nüfuzlu liderləri sırasında özünəməxsus yer tutan Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi naminə atdığı dahiyanə addımlardan danışıb, Azərbaycan tarixi haqqında fikirlərini bölüşüb.

Tədbirin sonunda Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info