Ali Baş Komandanım

Ali Baş Komandanım
Verdin döyuş əmrini, yer oynadı yerindən,
Dünya təşvişə düşdü, od saçan qəzəbindən,
Ordumuz qüvvət aldı Sənin qətiyyətindən.
Döyüşə, qələbəyə, uğura yol açanım, Ali Baş Komandanım!

Allahın nəzərləri üzərinə enibdir,
Səndə qədim türklərin ruhu təzələnibdir,
Düşmənlərin tülkü tək yuvada gizlənibdir.
Dünyaya tarix dərsin yenidən oxudanım, Ali Baş Komandanım

Ulu Öndər məktəbin ləyaqətlə keçmisən,
Bu dünyada ən ağır, ən çətin yol seçmisən,
Bu şərəfli yolda Sən Qurana and içmisən.
Quran olsun köməyin, anda sadiq qalanım, Ali Baş Komandanım!

Bu yol Heydər yoludur, ona bayraqdar oldun,
Həm oğul, həm vətəndaş, həm də Komandan oldun,
Qələbəylə, zəfərlə bu əsrə imza qoydun.
Dünyanın tarixində yeni səhifə açanım, Ali Baş Komandanım!

Qoca türkün oğlusan, göyə ucalsın başın,
Bu millətin adıyla daim yaşasın adın,
Yurduma göz dikənin dünya duysun fəryadın!
Ey yurdumun İlhamı, həm şərəfim, həm şanım, Ali Baş Komandanım!


Hörmətlə Gənc Fəal Gənc Könüllü Əmirxan Həsənli.


Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info