Koronavirusa yoluxan Ənvər Həsənovun vəziyyəti necədir?

"Hazırda atamın vəziyyəti orta-ağır qalmaqda davam edir. Onun əsas problemi isə beyninə oksigenin getməməsidir".


Ulutv.info milli.az-a istinaden xəbər verir ki, bu sözləri Xalq artisti Ənvər Həsənovun qızı Aytən xanım bizim.media-nın əməkdaşı ilə söhbətində deyib.

Sənətkarın qızı koronavirusa yoluxan atasının 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında müalicəsini davam etdirdiyini bildirib.

Ötən gün atamda koronavirusun olub-olmadığını yoxlamaq üçün burnundan yaxma götürdülər.

Testin nəticəsi isə müsbət oldu. Amma KT müayinəsi atamın ciyərlərinin təmiz olduğunu göstərdi. Atamın müalicə alındığı Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının şöbə müdiri Samirə Əhmədova və digər tibb işçiləri atamın sağalması üçün əlindən gələni əsirgəmirlər.

Atamın koronavirusa qalib gəlməsi üçün ona müxtəlif antibiotiklər və sistemlər köçürülür.

Bizə TƏBİB-dən bildiriblər ki, beş gün sonra əgər atamda koronavirus aşkarlanmasa, onu ölkənin ən yaxşı klinikasına köçürəcəklər və ən yüksək səviyyədə müayinələrdən keçirəcəklər, sağalması üçün bütün lazım olan müalicələri edəcəklər".
Qeyd edək ki, 72 yaşlı aktyor Ə.Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info