“Yeddi oğul istərəm”in Cəlalının vəziyyəti ağırlaşdı: “Maraqlanan yoxdur”

"Yeddi oğul istərəm” filmində "Cəlal” obrazı ilə milyonların sevimlisinə çevrilən Xalq artisti Ənvər Həsənovun səhhəti ağırlaşıb.

Bu barədə Ulutv.info-ya qaynarinfo-ya istinadən sənətkarın qızı Aytən Həsənova deyib. O, atasının vəziyyətinin ağır olduğunu bildirib:

"Atam yaxşı deyil, narahatıq, analizlər götürülüb, cavablarını gözləyirik. Ürəyində tıxanma var, başına okisgen getmir... Heç nə yemir, ürəyi bulanır, qızdırma düşmür. Mərdəkanda 26 saylı xəstəxanadayıq. 3 gündür burdayıq, bir adam atamla maraqlanmayıb. Atam aktyordur, Xalq artistidir, hamı kimi onunla da maraqlanmalıdırlar. Dövlət tərəfindən heç kim atamla maraqlanmayıb”.

Aytən Həsənova Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya müraciət edib:

"İstəyirəm ki, atamın vəziyyətini Mehriban Əliyevaya çatdırsınlar. Atama Prezident Təqaüdü verilsin. O boyda aktyor 180 manat alır. Bu pul onun dərmanlarına çatmır. Prezident Təqaüdü hamı kimi atamın halal puludur. Həmin pul atama verilsə, onun dəva-dərmanlarına, müayinələrinə sərf edərik”.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info