Məsafədən idarə olunan canlı kiborq-tarakan yaradıldı

Yapon alimləri tarakana elektrodlar quraşdırıb və onu uzaqdan idarə etməyi öyrəniblər.


Ulutv.info oxu.az-a istinadən xəbər verir ki, tədqiqatın nəticələri "NPJ Flexible Electronics" jurnalında təsvir edilib.

Qabaqcıl Elmlər Mərkəzinin mütəxəssisləri Madaqaskar tarakanından kiborq hazırlamaq qərarına gəliblər. Onlar həşəratı idarəetmə modulu və litium polimer akkumulyatorla təchiz ediblər.

Təcrübələr zamanı batareya günəş işığı simulyatoru ilə doldurulub. Elektrik impulslarına məruz qaldıqda, həşərat bu və ya digər istiqamətə çevrilib.

Tədqiqatçılar bu nailiyyətdən çətin nüfuz edilən obyektləri öyrənmək üçün istifadə etməyi təklif edirlər. Bundan əlavə, yeni texnologiyadan uçan həşəratlar üçün də istifadə edilməsi planlaşdırılır.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info