Toyda paltarını qayçı ilə qısaldıb internetdə məşhurlaşdı

Disco_cheetah ləqəbli TikTok istifadəçisi toyda paltarını qayçı ilə qısaldıb və internetdə məşhurlaşıb.


Ulutv.info milli.az-a istinaden bildirir ki, onun paylaşımı "The Sun"ın diqqətini çəkib.

Yerləşdirilmiş kadrlarda ziyafət zalında atlas parçadan tikilmiş uzun bej paltarda gəlinin rəfiqəsi görünüb. Rəqs edərkən ağ kostyumlu bir kişi ona yaxınlaşır və paltarının ətəyinin yarısını kəsməyə kömək edir. "Rəqs meydançasında daha çox hərəkətli olmaq istəyəndə və paltarınızı qayçı ilə kəsdiyiniz zaman", - videonun təsvirində deyilir.

Bloggerin paylaşımı viral olub və bir milyondan çox baxış toplayıb. Digər şəbəkə istifadəçiləri videoda baş verənləri şərhlərdə müzakirə etməyə başlayıblar. "Doğru etdin, çünki bir daha bu paltarı geyinməyəcəksən", "Toy paltarı almamışdan əvvəl onun içində tverk rəqsi etməyin sənə rahat olacağına əmin olmalısan", "Ona görə də mən həmişə bayramlarda mini don geyinirəm", - onlar yazıblar.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info