“WhatsApp” istifadəçilərinin NƏZƏRİNƏ

"WhatsApp" messencerinin komandası gələcək yeniləmələrdə tətbiqin təkmilləşdirilməsinə kömək etmək üçün istifadəçilərə sorğular göndərməyə başlayacaq.


Ulutv.info milli.az-a istinaden xəbər verir ki, "WhatsApp Surveys" adlı çatda istifadəçilər messencerin yeni funksiyaları ilə bağlı suallar və rəylərini yaza biləcəklər.

Əgər istifadəçi sorğuda iştirak etməyə dəvət olunarsa, sorğunun məqsədi barədə ona məlumat veriləcək.

İstifadəçilər gələcəkdə sorğulara dəvət olunmamaq üçün "WhatsApp Surveys" çatını bloklaya biləcəklər.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info