Daşkəsəndə narkotik vasitənin təsiri altında avtomobil sürən şəxs saxlanılıb

Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında nəqliyyat vasitələrini idarə edən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Ulutv.info-ya verilən məlumata görə, Daşkəsən rayonu ərazisində hərəkətdə olan “LADA” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.
Həmin nəqliyyat vasitəsini idarə edən Surxan Həşimovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan onlar, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən həmin şəxsin narkotik vasitə olan istifadə etməsi məlum olub.
Sürücü barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilib.
Ulutv.info-
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info