Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı 60 faiz artıb

Bu ilin ilk iki ayı ərzində daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 59,6 faiz artıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərilən xidmətlərin keyfiyyət və kəmiyyətində müsbət dinamika müşahidə olunur. Statistik göstəricilərə əsasən, 2023-cü ilin yanvar-fevral ayları ərzində 80 min 274 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 59,6 faiz çoxdur.

Hesabat dövründə göstəricinin 13 min 613-ü (17 faizi) ilkin, 66 min 661-i (83 faiz) isə təkrar qeydiyyatın payına düşüb. Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-fevral ayları ərzində ilkin qeydiyyat 16,5 faiz artıb.

F.Şərifov
Ulutv.İnfo
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info