Şəhid futbolçunun xatirəsinə həsr olunan turnir keçirilir

Biləsuvar rayonunda məktəblilər arasında mini - futbol turniri keçirilir.

“Bilesuvarinfo” xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Fondunun "İdeyanı reallaşdır 2022" qrant müsabiqəsi çərçivəsində (qrant layihəsi) turnirin aşılış mərasimi Biləsuvar Olimpiya İdaman Kompleksində baş tutub.

“Şəhid futbolçu Nəriman Əlizadənin xatirəsinə həsr olunmuş məktəblərarası mini - futbol turniri" layihəsinin açılış mərasimində ilk öncə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilərək, Dövlət himni səsləndirildi. Turnirin açılışında iştirak edən rayon rəsmiləri, şəhid ailələri çıxış edərək, gənclərin vətənpərvər ruhda tərbiyə olunmasında bu kimi layihələrin əhəmiyyətindən söz açıb, yarışda iştirak edən komandalara uğurlar arzulayıb.
Daha sonra yarışa start verildi. Gərgin idman mübarizəsi şəraitində keçən yarışın nəticələrinə əsasən: Biləsuvar şəhərinin 1, 2, 4 saylı tam orta məktəblərinin və Xırmandalı, Bağbanlar, Xırmandalı, Əsgərəbad və Dərvişli kəndindən olan şagirdlərin komandaları qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.

Azərbaycan Gənclər Fondunun “İdeyanı reallaşdır 2022” fərdi qrant müasbiqəsinin qaliblərindən olan və Azərbaycan Gənclər Fondu və “Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin, Biləsuvar Gənclər Evinin və Biləsuvar rayon Gənclər və İdman idarəsinin tərəfdaşlığı ilə həyata keçirilən bu layihənin məqsədi Biləsuvarda yaşayan gənclərin idmana marağını artırmaq və asudə vaxtlarını səmərəli keçirmələrini təmin etməkdir. Lahiyə rəhbəri Tural Əhmədlidir.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi Əlizadə Nəriman Nurəhməd oğlu 6 aprel 1998-ci ildə Biləsuvar rayonunda doğulub, Biləsuvar şəhər, Ə.Eynullayev adına 4 nömrəli tam orta məktəbində təhsilini başa vurub. Uşaq yaşlarından futbola böyük həvəsi olan, özünün futbol oyunları ilə həmyaşıdlarından fərqlənən Nəriman Əlizadə karyerasını böyük futbolda sınamaq üçün Respublika Olimpiya İdman liseyini, daha sonra İdman Akademiyasını ( 2019-cu ildə) uğurla başa vurub.

Nəriman Əlizadə İdman Akademiyasında təhsil aldığı müddətdə Azərbaycanın gənclərindən ibarət futbol klublarında müxtəlif vaxtlarda “Rəvan”, “Tufan”, “Neftçi”, “İravən”, “Qarabağ” bir müdafiəçi kimi özünün bacarıqlı oyunları ilə həm futbol yoldaşlarının, həm də klub rəhbərlərinin dərin hörmətini və ehtiramını qazanmışdır. O,həqiqihərbi xidmətdə olduğu vaxtda da uşaqlıqdan sevdiyi futbolu yaddadn çıxartmamış, Azərbaycan ordusunda keçirilən futbol birinciliyində iştirak etmiş və onun təmsil olunduğu komanda çempion olmuşdur.

Vətən müharibəsi başlayanda könülüllü olaraq döyüşə yollanan Nəriman Əlizadə Xocavənd, Füzuli, Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 27 oktyabr 2020-ci il tarixində qanlı döyüşlərin birində uşaqlığından idman sahəsində uca zirvələrə ucalmaq arzunu Şəhidlik zirvəsi ilə əvəz edib.

Nəriman Əlizadə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “3-cü dərəcəli Vətənə xidmətə görə ordeni”, “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Xocavəndin azad olunması uğrunda”, “Füzulinin azad olunması uğrunda” medalları ilə təltif olunmuşdur./
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info