Fərid Şərifov: Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Gimnastika Federasiyası ən parlaq uğurlar əldə edir

Gimnastika ölkəmizdə populyarlığı ilə seçilən, uşaq və gənclər tərəfindən sevilən idman növlərindən biridir. Gimnastika idman növü uşaq və gənclərin fiziki və mənəvi tərbiyəsində xüsusi rola malikdir. Bu növün kütləvi xarakter alması bunu bir daha sübut edir. İdman gimnastikadan başlayır. Yəni insanın fiziki sağlamlığının əsasında məhz gimnastik hərəkətlər durur. Gimnastika bədənə çeviklik, güc, qədd-qamət, gözəllik verir, insanda igidlik və nəciblik hissləri aşılayır.
Bu Yaxın Günlərdə Azərbaycan Gimnastika Federasiyası (AGF) yenidən qurulmasının 20 illiyini qeyd etdi.
Ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın 2002-ci il oktyabrın 7-də Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsindən sonra bu sahədə uğurlu inkişafın əsası qoyulub.

Gimnastika idmanı sahəsində, həyata keçirilən məqsədyönlü və səmərəli fəaliyyət nəticəsində beynəlxalq əlaqələr qurulub, respublikamızda gimnastika idman növündə yüksək nailiyyətlər əldə olunub, AGF dünyada ən fəal quruma çevrilib. Həmin dövrdən sürətli inkişaf yoluna qədəm qoymuş AGF-nin fəaliyyətinə hazırda 9 gimnastika növü daxildir.

Azərbaycan milli gimnastika məktəbinin yetirmələrinin olimpiadalarda iştirakı, dünya və Avropa çempionatlarında medalların qazanılması, ölkədə ən nüfuzlu qitə və dünya miqyaslı gimnastika yarışlarının yüksək səviyyədə təşkili federasiya rəhbərliyi tərəfindən bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir.
Bu gün paytaxtla yanaşı, respublikanın bölgələrində də gimnastika təbliğ və inkişaf etdirilir. Hazırda 26 rayon və şəhərdə gimnastika bölməsi fəaliyyət göstərir.
Azərbaycan Gimnastika Federasiyası 6 il ardıcıl olaraq Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən mükafatlandırılan 10 milli federasiyanın reytinq siyahısında yer alıb və son illərdə bu siyahıya liderlik edib.
Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın rəhbərliyi, gimnastikaya göstərdiyi diqqət və qayğı sayəsində Azərbaycan dünyanın gimnastika mərkəzinə çevrilib.
2002-cü ildən Azərbaycan Gimnastika Federasiyasına Birinci vitse-prezident Mehriban xanım Əliyeva rəhbərlik edir. O vaxtdan indiyə qədər Azərbaycan gimnastikası çox böyük inkişaf yolu keçib. Hər il Azərbaycan böyük beynəlxalq tədbirlərə, o cümlədən Avropa çempionatlarına, dünya kuboklarına ev sahibliyi edir. Bütün bu işlərin nəticəsidir ki, Azərbaycan Gimnastika Federasiyası dünyada birinciliyə layiq görülüb".

Bugün Azərbaycanda gimnastikanın inkişafı üçün hər cür şərait yaradılıb: "Milli Gimnastika Arenası demək olar ki, dünyada ən yaxşı arenadır. Bütün dünyadan gimnastlar bura nəinki yarışlara, eyni zamanda təlim-məşq toplantılarına gəlirlər. Yəni şərait o qədər yüksək səviyyədədir ki, gimnastlar ölkəmizə gəlməyə üstünlük verirlər. Dünya kubokları, çempionatları zamanı buraya gələn federasiyaların sədrləri, onların müavinləri, baş məşqçilər hamısı bildirir ki, yarışların bu qədər yüksək səviyyədə keçirilməsi üçün dünyada Azərbaycan qədər şərait yaradan ölkə yoxdur".

2016-cı ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyevanın Avropada idmanın inkişafı və Olimpiya hərəkatına verdiyi töhfəyə görə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan “Ali Ordeni” ilə təltif olunması AGF prezidentinin beynəlxalq miqyasda fəaliyyətinə verilən yüksək qiymətin göstəricisi idi.
2017-ci ilin martında Azərbaycan Gimnastika Federasiyası üç il ərzində ardıcıl olaraq Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən mükafata layiq görülən fərqlənən federasiyaların reytinq siyahısına daxil olub.Gimnastika Federasiyanın prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva Olimpiya idman növü olan gimnastikanın inkişafındakı böyük xidmətlərinə görə Beynəlxalq Gimnastika Federasiyasının yüksək mükafatı ilə təltif edilib.

2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan gimnastları bədii gimnastika, kişi və qadın idman gimnastikası üzrə yarışlarda ümumilikdə 20 medal (9 qızıl, 7 gümüş və 4 bürünc) qazanıblar. Bu, gimnastlarımızın bir turnirdə əldə etdikləri medal sayına görə rekord göstəricidir.

Bütün bu uğurlar onu göstərir ki, Gimnastika Federasiyasının prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın ötən 20 il ərzində federasiyaya rəhbərliyi, genişmiqyaslı fəaliyyəti ölkəmizdə gimnastikanın dinamik inkişafı, idmanın bu növünün kütləviliyinin artırılması, bölgələrdə ən müasir idman mərkəzlərinin yaradılması, uğurlu beynəlxalq fəaliyyət və ən əsası parlaq nailiyyətlərlə müşahidə olunur. Bu uğurlar qarşıdakı illərdə daha böyük nailiyyətlərin əldə olunmasına güclü inam yaradır.

Mən Fərid Şərifov qeyd etmək istəyirəm ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycan Gimnastikası hər zaman zirvələrdə olacaq.

Hörmətlə Fərid Şərifov.
Ulutv.İnfo
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info