Ulu öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş minifutbol turniri davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri davam edir.



Yarışların növbəti turunda İqtisadiyyat Nazirliyinin komandası Dövlət Neft Fondunun təmsilçiləri qarşılaşıb. Gərgin idman mübarisəsi şəraitində keçən oyunda İqtisadiyyat Nazirliyinin komandası 5:0 hesabı ilə qalib gəlib.
İqtisadiyyat Nazirliyinin komandası dekabrın 10-da keçirəcəyi növbəti oyunda Fövqəladə Hallar Nazirliyinin komandası ilə yarışaçaq.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info