“Ümummilli lider Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda tədbirlər keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı respublikanın bütün şəhər və rayonlarında müvafiq qururmlarla birgə təhsildə, idmanda və rayonun ictimai həyatında fərqlənən gənclərin iştirakı ilə “Ümummilli lider Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda görüşlər keçirilib. 

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirələri yad olunub.

Gənclər tərəfindən maraqla qarşılanan tədbirlərdə Azərbaycan gəncliyinin hamisi olmuş ulu öndər Heydər Əliyevin gənclər siyasəti barədə məlumat verilib. Xalqımızı mürəkkəb tarixi-siyasi sınaqlardan uğurla çıxarmış və dövlətçilik salnaməmizə silinməz izlər qoymuş, milli qürur və iftixar mənbəyimiz olan ulu öndər Heydər Əliyevin gənclərə örnək olan həyat fəlsəfəsindən bəhs edilib.

Qeyd edilib ki, Azərbaycan gəncləri cəmiyyətimizin aparıcı qüvvəsidir. 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında gənclərimiz işğal edilmiş torpaqların azad olunması uğrunda aparılan döyüşlərdə qəhrəmanlıq, rəşadət, şücaət nümayiş etdirdilər. İndi isə onlar azad olunmuş ərazilərimizin abadlaşdırılması, yenidən qurulmasında fəal iştirak edirlər.

UlutTv.info





Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info